325
Bu gün 12 noyabr — 19:23

Bakıda 120 minlik dələduzluq

Bakıda qızıl satıcısına qarşı külli miqdarda dələduzluq edilib.

Bununla bağlı Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib. Belə ki, 2017-2018-ci illərdə Aynurə adlı şəxs Bakı şəhərində qızıl satışı ilə məşğul olan şəxsi aldadaraq, ondan 120,605 manat dəyərində qızı-zinət əşyaları alıb.

Baş verən dələduzluqla bağlı qızıl satıcısı dünən polisə şikayət edib.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Xəbərlər