106
Bu gün 12 noyabr — 17:07

Türkiyə İŞİD silahlılarının deportasiyasını davam etdirəcək

Türkiyə dövlətlərin qəbul edib-etməməsindən asılı olmayaraq, İŞİD silahlılarının öz ölkələrinə deportasiyasına davam edəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfəri öncəsi Esenboğa hava limanında təşkil olunan mətbuat konfransında deyib.

“Sərhəddə kim qalıb, hansı ölkə öz vətəndaşlarını qəbul edir, hansı ölkə qəbul etmir, - bizi maraqlandırmır, biz onları göndərməyə davam edəcəyik”, -deyə Türkiyə Prezidenti bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Daxili İşlər naziri Süleyman Soylu İŞİD silahlılarının öz ölkələrinə deportasiyasına başlandığını deyib. Qruplaşmanın Amerika əsilli ilk üzvü Yunanıstana göndərilsə də, qəbul edilməyib. Hazırda o, iki ölkənin nəzarət-buraxılış məntəqələri arasındakı neytral ərazidədir.

Hazırda Türkiyə həbsxanalarında İŞİD terror qruplaşmasının 40 ölkədən olan 750 üzvü saxlanılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında sabah keçiriləcək tarixi görüşdə Suriya məsələsində əldə olunan razılaşmaya necə əməl edildiyi, Birləşmiş Ştatların yeni dönəmdə YPG/PKK ilə əlaqələri əsas müzakirə mövzuları olunacaq.

Xəbərlər