127
Bu gün 12 noyabr — 00:22

Bakıda 4 otaqlı evdə yanğın

Bakıda yanğın qeydə alınıb.

Virtualaz.org-un Fövqəladə Hallar Nazlirliyinə istinadən verdiyi məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər