129
Bu gün 11 noyabr — 22:40

Sabirabadda xırdabuynuzlu heyvan oğruları saxlanıldı

Sabirabadda xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.

Bu barədə virtualaz.org-a DİN Mətbuat xidmətinin Şirvan şəhəri üzrə Regional qrupundan məlumat verilib.

Bildirilir ki, noyabrın 6-da Sabirabadın Əlicanlı kənd sakini yerli polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evinin tövləsindən ümumi dəyəri 1640 manat olan 13 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayonun Yolçubəyli kənd sakini Atəş Hüseynov və Əlicanlı kənd sakini Mirkamal Səmidov saxlanılıb. Dindirilmə zamanı onlar törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları xirdabuynuzlu heyvanlar onlardan maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbərlər