256
Bu gün 11 noyabr — 15:47

Moskvada 4 azərbaycanlı silahla tutuldu

Gecə saatlarında Moskva polisi Basmannıy rayonunun Semenovskaya küçəsində “Audi A8” markalı avtomobili saxlayıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, saxlanılarkən avtomobildə olanlar (dörd nəfər) özlərini şübhəli aparıblar.

Aparılan axtarış zamanı maşının salonundan üç silah aşkarlanıb və avtomobildə olan şəxslər saxlanılıblar.

Məlum olub ki, saxlanılanlar Azərbaycan vətəndaşlarıdır. Silahlar və hərbi sursatlar ekspertizaya göndərilib.

Saxlanılarkən azərbaycanlılardan biri avtomobilin sənədlərini təqdim edib və müəyyənləşib ki, bu maşın ona deyil, Dağıstan Respublikasının vətəndaşına məxsusdur.

Hazırda faktla bağlı istintaq başlayıb. Polislər saxlanılan şəxslərin silahları haradan və hansı məqsədlərlə əldə etdiyini müəyyənləşdirməyə çalışırlar.

Xəbərlər