100
Bu gün 9 noyabr — 13:13

Xaçmazda avtomobil yolu keçən şəxsi vurdu

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, noyabrın 8-də saat 12 radələrində Xaçmaz şəhəri ərazisində İ.Ağayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Qaraçı kənd sakini Ş.Məmmədəliyevi vurub.

Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərlər