261
Bu gün 9 noyabr — 14:00

Azərbayanlı sürücü Almaniyada maşınına 3 ton artıq yük vurdu, saxlanıldı

Almaniyanın Bavariya vilayətinin Mindelhaym şəhərində artıq yüklə içkili halda hərəkət edən pikap avtomobilinin sürücüsü saxlanılıb.

"Augsburger Allgemeine" nəşri xəbər verir ki, yol polisləri maşına icazə verilən 3,5 ton əvəzinə 3 ton artıq yük götürüldüyü qənaətinə gəliblər.

Bundan başqa, sürücünün normadan bir qədər az - 0,4 faiz alkoqollu olduğu müəyyənləşib. Məlum olub ki, sürücü əslən azərbaycanlıdır. Həmin şəxsin adı açıqlanmır. Sürücü gözlənilən cəriməyədək 500 avro girov qoyub. Avtomobil isə artıq yüklənməsi səbəbindən dayandırlıb.

Xəbərlər