134
Bu gün 9 noyabr — 00:30

Bakıda 56 yaşlı qadını maşın vurdu

Paytaxtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü İsayeva Sevda Musa qızı yolu keçmək istəyərkən maşın onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın və çənənin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub və şöbəyə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər