440
Bu gün 8 noyabr — 17:10

Lerikdən yasdan qayıdırdılar, Salyanda qəzaya düşdülər

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 75-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Bakı şəhəri, Binə qəsəbə sakini 45 yaşlı Vüqar Özxan oğlu Musayevin idarə etdiyi VAZ-2106 markalı avtomaşının aşması nəticəsində sərnişinlərdən biri, sürücünün əmisi 58 yaşlı Salyan rayonunun Peyk kənd sakini Musa Rəşid oğlu Musayev hadisə yerində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bildirilir ki, sürücü və 62 yaşlı digər əmisi, Salyan rayonunun Peyk kənd sakini Vəlixan Rəşid oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Minik maşınının yüksək sürətlə idarə olunduğundan çevrilərək yoldan 50-60 metr kənara düşdüyü deyilir.

Qeyd edilir ki, qəzaya uğrayan ailənin Lerik rayonundan yas yerindən qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər