557
Bu gün 22 oktyabr — 23:57

Salyanda “Priora” toyuq daşıyan maşınla toqquşdu, mağazaya girdi

Bu gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyanın Kərimbəyli kəndindən keçən hissəsində yol-nəqliyyat qəzası baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, kənd sakini Xalid Həşimovun idarə etdiyi “Priora” markalı 10 UH 090 dövlət nömrə nişanlı minik maşını, Neftçala rayonunda yerləşən Qaraqaşlı broyler fabrikinə məxsus, rayon sakini Elmar Məmmədovun idarə etdiyi 99 JD 552 dövlət nömrə nişanlı, diri toyuq yüklənmiş “İSUZU” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində idarəetməni itirən “Priora” kənd sakini Qədir Məmmədova məxsus tikintisi başa çatmamış mağazaya çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Emil Məmmədov

Virtualaz.org

Xəbərlər