215
Bu gün 22 oktyabr — 20:30

"Qarabağ" - APOEL matçına 25 min bilet satılıb

“Qarabağ” - APOEL oyunu üçün bilet satışı davam edir.

Virtualaz.org Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən bildirir ki, artıq 25 min bilet satılıb.

Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 70 AZN-dir. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall”, “28 Mall”, “Park Bulvar”dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.

Xəbərlər