638
Bu gün 22 oktyabr — 19:30

ABŞ-ın 39-cu prezidenti xəstəxanaya yerləşdirildi

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib.

Virtualaz.org xarici mətbuata istinadən bildirir ki, 95 yaşlı Karter Corciya ştatındakı evində yıxılıb. Onun çanaq sümüyü sınıb.

Keçmiş prezidentin nümayəndəsi deyib ki, sınıq o qədər də həyati əhəmiyyətli təhlükə daşımır.

Qeyd edilir ki, C. Karter son yarım il ərzində artıq üçüncü dəfədir yıxılıb. O, yaz aylarında hətta ombasından əməliyyat olunub.

Xəbərlər