140
Bu gün 22 oktyabr — 01:06

Kürdəmirdə maşın yolu keçən qadını vurdu

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, sürücü İsayev Eynulla Babaxan oğlu "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən rayon sakini, 1949-cu il təvəllüdlü Mikayılova Pəri Məlik qızını vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Xəbərlər