202
Bu gün 19 oktyabr — 19:23

Britaniya parlamenti Brexit-ə dair səsverməni təxirə saldı

Britaniya parlamentinin İcmalar palatası Brexitin vaxtının dəyişdirilməsi haqqında düzəlişi qəbul edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hakim Mühafizəkarlar partiyasından olan sabiq deputat Oliver Letvin tərəfindən irəli sürülmüş təklifin lehinə 322, əleyhinə 306 deputat səs verib.

Qəbul olunan düzəlişə əsasən, Baş Nazir Boris Conson saat 23:00-dək Avropa İttifaqından Brexitin vaxtının dəyişdirilməsini xahiş etməlidir.

*   *   *17:21

Bu gün Böyük Britaniya parlamenti xüsusi iclas keçirəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Böyük Britaniyanın Baş Naziri Boris Consonun Avropa İttifaqı ilə imzaladığı yeni müqavilə müzakirə edilib səsverməyə çıxarılacaq.

Baş Nazir, deputatları müqaviləni dəstəkləməyə çağırıb.

Müqavilə səs çoxluğu ilə qəbul edilsə oktyabrın 31-də İngiltərə Avropa İttifaqını tərk edəcək. Qəbul edilmədiyi təqdirdə isə Baş Nazirdən prosesin 2020-ci ilin yanvarına qədər təxirə salınması üçün Aİ-yə məktub göndərməsi tələb olunacaq.

Xəbərlər