341
Bu gün 18 oktyabr — 00:44

Rusiyada qanunsuz miqrasiya kanalı aşkarlandı

Belqorod vilayətində Rusiya Federal Təhlükəsizlik Xidməti və regional sərhəd idarəsinin əməkdaşları Valuy rayonunun sərhəd zonasında qanunsuz mühacirlərin daşınması üçün nəzərdə tutulmuş dayanıqlı kanalı ləğv ediblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əvəllər Rusiyaya girişi qadağan edilən xarici vətəndaşlar həmin kanal vasitəsilə sərhədi qanunsuz keçmək istəyərkən tutulublar.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Belqorod vilayətinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə istintaq idarəsi tərəfindən toplanan dəlillər əsasında Azərbaycandan gələn iki qeyri-qanuni mühacir 6 ay müddətinə cəza koloniyasına göndərilib.

Xəbərlər