971
Bu gün 17 oktyabr — 19:50

Ərdoğanla ABŞ Vitse-prezidentinin 1,5 saatlıq qapalı görüşü: nədən danışıblar?

Türkiyə Prezidenti Tayyib Ərdoğanla ABŞ Vitse-prezidenti Maykl Pens arasındakı təkbətək görüş başa çatıb.

Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə Türkiyə liderinin ofisindən məlumat verilib.

Ankaranın Beştəpə bölgəsindəki Prezident sarayında keçirilən görüş, 1,5 saatdan çox davam edib.

Danışıqların nəticəsi barədə heç bir açıqlama verilməyib.

Xatırladaq ki, Pens başda olmaqla ABŞ nümayəndə heyəti Ankaraya Türkiyə rəhbərliyini Suriyada “Barış bulağı” əməliyyatını dayandırmağa inandırmaq üçün gəlib.

*   *   *19:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankaraya gələn ABŞ-ın Vitse-prezidenti Maykl Penslə görüşüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Prezidentinin Ankaradakı iqamətgahında baş tutan görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, Pens başda olmaqla ABŞ nümayəndə heyəti Ankaraya Türkiyə rəhbərliyini Suriyada “Barış bulağı” əməliyyatını dayandırmağa inandırmaq üçün gəlib.

Virtualaz.org

Xəbərlər