263
Bu gün 17 oktyabr — 16:18

Bakıda minik avtomobilləri toqquşdu

Nəsimi rayonunun H.Ələsgərova küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, oktyabrın 16-da saat 5 radələrində Nəsimi rayonunun H.Ələsgərova küçəsində Bakı şəhər sakini R.Şərifovun idarə etdiyi “Opel” və İmişli rayon sakini N.Bağırovun idarə etdiyi “TOFAŞ” markalı avtomobillər toqquşub. Nəticədə N.Bağırovun sərnişinlərindən Astara rayon sakini Əli Səmədullazadə hadisə yerində ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Xəbərlər