403
Bu gün 17 oktyabr — 16:33

Ermənistanda yaşayış binası çökdü

Ermənistanın cənubundakı torpaq sürüşməsi nəticəsində iki nəfər çökən evin dağıntıları altında qalıb.

Virtualaz.org bildirir ki, bu gün səhər saatlarında Yerevandan 300 kilometr aralıda Kapan şəhərində ikimərtəbəli yaşayış binasının torpaq sürüşməsi nəticəsində çöküb və insanlar altında qalıb. Hazırda hadisə yerində yanğınsöndürən-xilasetmə qrupu işləyir. Xilasetmə işləri üçün lazımi avadanlıqlar şəhər meriyası tərəfindən təmin edilib.

"Kapandakı çökən binanın altında iki nəfər - yaşlı cütlük qalıb. Onların sağ qalması barədə hələlik heç bir söz deyə bilmərəm. Xilasetmə işləri davam etdirilir", - deyə Tsolakyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, sürüşmə davam edir və xilasedicilər torpaq qatlarını traktorlarla gücləndirməlidirlər.

Xəbərlər