335
Bu gün 17 oktyabr — 14:04

Paşinyan ölən əsgərlərin analarına yenə vəd verdi və...

Ermənistanın baş naziri Nikol Paşinyan ölən hərbi qulluqçuların anaları və dul qadınları ilə görüşdə yenidən təzminat məsələsi ilə bağlı onlara müsbət cavab verməyib.

“Sputnik-Ermənistan” xəbər verir ki, Paşinyan onlardan il yarım vaxt istəyib.

Xatırladaq ki, ay ərzində qadınlar təzminat ödənilməsi ilə əlaqədar bir neçə dəfə etiraz aksiyası keçiriblər. Onlar 1 mart 2008-ci il hadisələri zamanı ölənlərin ailələrinə hökumət tərəfindən ayrılmış 30 min dram (6 min dollara yaxın) kompensasiyanı əsas gətirərək, bu tələblə çıxış ediblər.

Paşinyanla görüşdə yas paltarında olan səkkiz qadından yalnız biri “Əsgər” insan hüquqları təşkilatının koordinasiya şurasının sədri Marqarita Xaçatryan çıxış edib. O deyib ki, 1 mart hadisələrinin qurbanları ilə digər ölmüş hərbçilərin ailələrinə fərqli yanaşmanın olması ədalətsizlikdir.

"İnqilab oldu, indi ölkədə pul var. Tələbimizin mahiyyəti hər kəsə bərabər miqdarda vəsait ayrılmasıdır", - Xaçatryan deyib.

Paşinyan isə məsələnin həll edəcəyini deyərək, onlardan il yarım vaxt istəyib.

Xəbərlər