682
Bu gün 14 oktyabr — 00:50

Millimizin təmiz qolunu saymayan hakim Azərbaycandan üzr istədi

Avro-2020-nin seçmə oyununda Macarıstan - Azərbaycan qarşılaşmasını idarə edən hollandiyalı hakim Dennis Higler komandamızdan və onun baş məşqçisi Nikola Yurçeviçdən son dəqiqələrdə hesaba alınmayan qola görə üzr istəyib.

Virtualaz.org-un Budapeştdə olan müxbiri Elmir Əliyevin verdiyi məlumata görə, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxan hakim sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb və Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini etiraf edərək üzr istəyib.

Qeyd edək ki, görüş Macarıstanın qələbəsi ilə yekunlaşıb - 1:0.

Xəbərlər