707
Bu gün 13 oktyabr — 22:13

Azərbaycan Macarıstana hakim səhvinə görə uduzdu

2020-ci il Avropa çempionatının seçmə mərhələsinin E qrupunda Macarıstan yığması ilə Azərbaycan milli komandası arasında Budapeştdə, "Groupama Arena"da keçirilən qarşılaşma başa çatıb.

Azərbaycan yığması uduzaraq, AVRO-2020-yə vəsiqə şanslarını itirib

Matç Macarıstan yığmasının minimal hesablı qələbəsi ilə yekunlaşıb-1:0.

Qeyd edəki ki, qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahibləri erkən qol vurublar. Macarıstan millisinin heyətində Mihay Korhut fərqlənib.


Görüşün son dəqiqələrində millimizin futbolçusu Bəhlul Mustafazadə hesabı bərabərləşdirsə də, hakim qolu qeydə almayıb.

*   *   *21:16

Macarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında AVRO-2020-nin seçmə qrup matçının ikinci hissəsi başlayıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahibləri erkən qol vurublar. Macarıstan millisinin heyətində Mihay Korhut fərqlənib: Macarıstan - Azərbaycan 1:0.

*   *   *20:22

Macarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında AVRO-2020-nin seçmə qrup matçında hesab açılıb.

Virtualaz.org xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahibləri hesabı açıblar. Macarıstan millisinin heyətində Mihay Korhut fərqlənib: Macarıstan - Azərbaycan 1:0

*   *   *20:08

Macarıstan və Azərbaycanın futbol üzrə milli komandalaı arasında AVRO-2020-nin seçmə qrup matçı start götürüb.

Görüş "Groupama Arena"da keçirilir. Oyunu UEFA-nın cəzası üzündən 14 yaşadək macarıstanlı uşaqlarla yanaşı, 200-dək azərbaycanlı azarkeş də izləyir.

Matç Bakı vaxtı ilə saat 20:00-da başlanıb.

*   *   *19:20

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakı vaxtı ilə saat 20:00-da qarşılaşacaq Macarıstan və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.

Virtualaz.org bildirir ki, millimizin start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Şəhriyar Rəhimov, Riçard Almeyda, Eddi İsrafilov, Qara Qarayev, Ramil Şeydayev, Ağabala Ramazanov və Təmkin Xəlilzadə yer alıblar.

Macarıstan yığmasının ilk on birliyində meydana Qulasi, Orban, Barath, Lovrençiç, Korxut, A.Naqi, Laszlo, Djujdak, D.Naqi, Soboslai və Salayi çıxacaqlar.

Oyunun baş hakimi Dennis Higler olacaq. Ona Yohan Balder və Yoost van Zuylen kömək edəcək. Bas Niyhuys isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Miroslav Liba (Çexiya) hakim-inspektoru, Ariel Kennet Şayman (İsrail) isə UEFA nümayəndəsi qismində olacaq.

*   *   *11:03

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin E qrupunda Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşacaq.

Virtualaz.org bildirir ki, Budapeştdə, "Groupama Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşmanı Dennis Yohan Higlerin rəhbərliyi altında hollandiyalı hakimlər briqadası idarə edəcək.

Yeri gəlmişkən, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç oktyabrın 12-də təşkil olunmuş mətbuat konfransında deyib ki, bu, hər iki komanda üçün vacib oyun olacaq: “Macarıstan yığmasının Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı davam edir. Biz isə yüksələn qrafiki davam etdirmək istəyirik. Uels və Xorvatiya millilərinə qarşı yaxşı futbol sərgilədik”.

Xatırladaq ki, bu, iki komanda arasında 6-cı qarşılaşma olacaq. Əvvəlki 5 matçın hamısında Macarıstan qələbə qazanıb.

Onu da qeyd edək ki, hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan isə 1 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbərlər