67
Bu gün 10 oktyabr — 13:40

Bərdədə avtomobil qaçıran şəxs saxlanıldı

Bərdə rayonunda avtomobil qaçıran şəxs saxlanılıb.

Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bərdə Rrayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Əbilov “QAZ-3110” markalı avtomobilinin qaçırılmasını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi S.Paşazadə şəhər ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xəbərlər