220
Bu gün 9 oktyabr — 23:56

Azərbaycan yığması səfərdə Bəhreyn millisinə qalib gəldi

Futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb.

Virtualaz.org bildirir ki, bu, səfərdə Bəhreynlə keçirilmiş yoldaşlıq görüşündə baş verib. Qarşılaşma millinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Bəhreyn Milli Stadionundakı matçda hesabı meydan sahibləri açıblar. Lakin 41-ci dəqiqədə Rüfət Dadaşov bərabərlik qolunu vurub.

62-ci dəqiqədə Təmkin Xəlilzadə qonaq komandanı irəli çıxarıb. Bəhreyn tezliklə hesabı bərabərləşdirsə də, 70-ci dəqiqədə Ramil Şeydayev yekun nəticəni müəyyənləşdirib - 3:2.

Qeyd edək ki, Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gəliblər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.

Onu da qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. "Groupama" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Xəbərlər