554
Bu gün 9 oktyabr — 18:45

Türk artilleriyası Tel-Abyadda terrorçulara hücum etdi

Türk artilleriyası Suriyanın Tel-Abyad şəhərində terrorçu hədəflərinə hücum edib.

Virtualaz.org bildirir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Silahlı Qüvvələrinin Suriyanın şimalında, Kürdüstanın İşçi Partiyası və "İslam Dövləti" terror qruplaşmasına qarşı yönəlmiş "Sülh mənbəyi" əməliyyatının başlandığını elan edib.

*   *   *18:27

Türkiyə Suriya ilə sərhəddə telefon və elektron əlaqələri kəsib.

Virtualaz.org “Haber Türk” saytına istinadən bildirir ki, bu addım Suriyanın şimalında hərbi əməliyyatın təhlükəsizliyini təmin etmək üçün atılıb. Türkiyə Hərbi Hava Qüvvələri və Türkiyə artilleriyasının hazırda Suriyanın şimalındakı terrorçu mövqelərinə hücum etdiyi də bildirilir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yeni hərbi əməliyyatın başlandığını elan edib. Ərdoğanın sözlərinə görə, Suriyanın şimalında yeni bir antiterror əməliyyatı "Sülh mənbəyi" (Barış Pınarı) adı altında həyata keçirilir.

Xəbərlər