221
Bu gün 9 oktyabr — 16:06

Yasamalda avtomobil piyadanı vurub öldürdü

Yasamal rayonunun Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, oktyabrın 8-də saat 3 radələrində Yasamal rayonunun Tbilisi prospektində Abşeron rayon sakini Xəqani Səfərov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Nadir Talıbovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Xəbərlər