297
Bu gün 9 oktyabr — 15:07

Navalnının fondu xarici agent elan edildi

Rusiya Ədliyyə Nazirliyi Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunu (KMF) xarici agentlər siyahısına daxil edib.

Virtualaz.org lenta.ru-ya istinadən bildirir ki, bu barədə nazirliyin saytı xəbər yayıb.

Nazirlikdən verilən məlumata görə, KMF-nin fəaliyyətinin monitorinqi zamanı bu qərarı mümkün edən əlamətlər aşkarlanıb. Amma KMF-nin məhz hansı əsaslarla reyestrə daxil edildiyi barədə məlumat verilmir.

Virtualaz.org

Xəbərlər