841
Bu gün 9 oktyabr — 12:35

Koçaryan əməliyyat olundu

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Yerevandakı “İzmirlyan” tibb mərkəzində əməliyyat olunub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə keçmiş prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan məlumat verib.

“Bəli, əməliyyat olunub. Hər şey normaldır”, - Soqomonyan bildirib.

Koçaryanın xəstəxanada neçə gün qalacağına gəlincə, o bu barədə hələ dəqiq məlumatın olmadığını söyləyib.

Yeri gəlmişkən, Koçaryan son 9 gündə bu tibb mərkəzində bir neçə dəfə müayinədən keçmişdi.

Xatırladaq ki, R.Koçaryan 1 mart 2008-ci ildə keçirilən etiraz aksiyalarını dağıtmaqda, konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur. O, 2018-ci ildə iki dəfə həbs edilib. Bu ilin 25 iyun tarixində isə üçüncü dəfə həbsinə qərar verilib.

Xəbərlər