192
Bu gün 9 oktyabr — 13:04

İran ordusu hərbi təlimlərə başladı

İran ordusunun quru qoşunları “Bir hədəf, bir güllə” şüarı ilə Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunda fövqəladə hallar üzrə hərbi təlimlərə başlayıb.

Trend-in məlumatına görə, hərbi təlimlərdə çevik reaksiya qüvvələri, əməliyyat qüvvələri iştirak edir və helikopterlər dəstək əməliyyatını yerinə yetirirlər.

Ordu generalı Əbdürrəhim Musəvi bildirib ki, ordunun vəzifəsi İran İslam Respublikasının ərazi bütövlüyü və müstəqilliyini qorumaqdır.

Xəbərlər