346
Bu gün 23 sentyabr — 10:42

Neftçalada 39 yaşlı sürücü sükan arxasında dünyasını dəyişdi

Ötən axşam Salyan-Neftçala avtomobil yolunun Neftçalanın Xıllı kəndindən keçən hissəsində sürücü sükan arxasında dünyasını dəyişib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 1980-ci ildə anadan olmuş Neftçala şəhər sakini Əliyev Elçin Oktay oğlu idarə etdiyi “NİVA” markalı avtomaşının sükanı arxasında qəfil ürək tutmasından dünyasını dəyişib. Hadisə zamanı avtomaşında olan E.Əliyevin qardaşı əyləci basaraq maşını saxlaya bilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər