462
Bu gün 18 sentyabr — 22:36

Moskvada polis rüşvətə görə həmkarlarını güllələyib

Moskvada polis həmkarlarına atəş açıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, insindent Moskva metrosunun "Ryazansk prospekti" stansiyası yaxınlığında baş verib. Hadisənin baş verməsinə səbəb digər polis əməkdaşlarının 2 min rubl məbləğində rüşvət alması olub. İddialara görə, rüşvət sənədi olmayan qanunsuz miqrantın sərbəst buraxılması qarşılığında alınıb.

Bildirilir ki, qətli törədən polis hadisəni həmkarları rüşvət alan zaman törədib. Digəri isə yaralı halda xəstəxanaya çatdırılıb.

Xəbərlər