185
Bu gün 18 sentyabr — 19:35

Goranboyda yol qəzası: ölən və yaralanan var

Goranboy rayonunda yol qəzasında ölən və yaralanın şəxsiyyəti dəqiqləşib.

Tərtər istiqamətində hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Günel adlı qadın hadisə yerində ölüb, Tural Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

*** 18:37

Goranboy rayonununda yol qəzası baş verib.

Hadisə Balakürd kəndi ərazisində qeydə alınıb.

Belə ki, avtomobilin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində bir qadın hadisə yerində ölüb, bir kişi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Xəbərlər