249
Bu gün 18 sentyabr — 18:43

Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə vəsait ayrıldı

Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Virtualaz.org-un məlumatına görə, sərəncamda qeyd edilir ki, Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılsın.

Xəbərlər