242
Bu gün 18 sentyabr — 17:21

Mariya Stadnik ikinci dəfə dünya çempionu oldu

Azərbaycan güləşçisi Mariya Stadnik (50 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının finalında qalib gələrək qızıl medala sahib olub.

Virtualaz.org bildirir ki, güləşçimiz finalda Rumıniya təmsilçisi Emiliya Alina Vuka 13:0 hesabı ilə qalib gələrək on illik fasilədən sonra ikinci dəfə dünya çempionu adını qazanıb.

Xatırladaq ki, çempionata 1/16 finaldan başlayan Mariya Stadnik (50 kq) Nigeriya təmsilçisi Miessiney Mersi Genesisi, 1/8 finalda hindistanlı Seemu Seemunu məğlub edib. 1/4 finalda Rusiya idmançısı Yekaterina Poleşuka qalib gələn idmançımız yarımfinalda çinli Yanan Sunu 6:4 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

Yeri gəlmişkən, M.Stadnik çempionatın yarımfinalına yüksəlməklə Tokio Olimpiadasına vəsiqəni təmin etmişdi.

Qeyd edək ki, yeddiqat Avropa çempionu olan M.Stadnik dünya çempionatında ilk dəfə qızıl medalı 2009-cu ildə  qazanmışdı.

Xəbərlər