137
Bu gün 18 sentyabr — 00:32

Bərdədə maşın 79 yaşlı kişini vurdu

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın veridiyi xəbərə görə, "Lada 2105" markalı minik avtomobili yolu keçmək istəyən 79 yaşlı Cəfər Salmanovu vurub.

Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Xəbərlər