330
Bu gün 17 sentyabr — 22:12

Kürdəmirdə 12 il həbsdə olmuş peşəkar oğru saxlanıldı

Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşamış peşəkar oğru saxlanılıb.

"Report"un məlumatına görə, 1989-cu il təvəllüdlü Allahverdiyev Fərid Zabit oğlu Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Saxlanılan şəxs bu ilin sentyabr ayı ərzində rayonda 3 oğurluq hadisəsi törədib.

O, rayonun Qaraqocalı kənd sakini Əhmədov Cəlal Ağaqulu oğluna məxsus evdən 1910 manat nağd pul, Kürdəmir şəhər 20 Yanvar küçəsi, ev 28-də yaşayan Şahbazova Xalidə Ağaməşədi qızına məxsus evdən qızıl dəstləri və 30 manat pul, həmçinin həmin küçədə yaşayan Məhərrəmova Zümrüd Həsən qızına məxsus evdən müxtəlif növ məişət avadanlıqları və yataq dəstləri oğurlayıb. Fərid Allahverdiyev ilk dindirilmə zamanı həmin ünvanlardan oğurluq etdiyini etiraf edib.

F.Allahverdiyev əvvəllər də, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 11 il 6 ay həbs həyatı yaşayıb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində cinayət işi açılaraq araşdırma aparılır.

Xəbərlər