125
Bu gün 17 sentyabr — 16:44

Tərtər sakinlərindən odlu silah götürüldü

Tərtər rayonunun Qapanlı kənd sakinləri E.Məmmədovun və R.Hümbətovun hər birindən 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qapanlı kənd sakinləri E.Məmmədovun və R.Hümbətovun yaşadıqları evlərə baxış zamanı hər birindən 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Xəbərlər