512
Bu gün 16 sentyabr — 18:49

Ələt-Astara yolunda sürücü sükan arxasında keçindi

Bu gün günorta saatlarında Ələt-Astara yolunun 87-ci km-də yol-nəqliyyat qəzası baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Astara rayon sakini, 67 yaşlı Əliağa Hacıbaba oğlu Cəfərov “Mitsubishi” markalı minik maşınını idarə edərkən qəfildən ürəyi tutub. Sürücünün huşunu itirməsi nəticəsində minik maşını yoldan çıxaraq aşıb. Hadisə nəticəsində, sürücünün avtomaşında olan həyat yoldaşı yüngül xəsarət alsa da, onun özünün artıq keçindiyi məlum olub.

Sürücünün hadisə yerinə gələn həkiminin bildirdiyinə görə, Əliağa Cəfərov ağır ürək xəstəsi olduğu üçün ona avtomaşın idarə etməmək tövsiyə olunub, lakin o buna əməl etməyib.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər