114
Bu gün 12 sentyabr — 17:32

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən virtualaz.org-a verilən məlumata görə, nəticədə ona məxsus 1 ədəd "Kent" markalı siqaret qutusunun içərisindən 4 ədəd bükümdə, çəkisi 0,802 qramolan psixotrop maddə-metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər