152
Bu gün 12 sentyabr — 12:52

Sabirabad sakinindən narkotik götürülüb

Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Yaxa Dəllək kənd sakini Qulyar Cahangirov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan virtualaz.org-un yerli bwrosuna verilən məlumata görə, daxil olmuş məlumat əsasında PB-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Emil Məmmədov

Virtualaz.org

Xəbərlər