139
Bu gün 11 sentyabr — 15:56

Nərimanovda 6 otaqlı ev yandı

Bakı şəhərinin Nərimanov rayonunda 6 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 98 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər