630
Bu gün 10 sentyabr — 21:43

Neftçalada ildırım vuran şəxs dünyasını dəyişdi

Neftçalada ildırım vuran şəxs dünyasını dəyişib.

Virtualaz.org-un məlumatına görə, Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş Şamaxı rayon sakini, 28 yaşlı Vaqif Azər oğlu Gərayev həkimlərin səyinə baxmayaraq, bu dəqiqələrdə dünyasını dəyişib.

Emil Məmmədov

Virtualaz.org

*   *   *17:18

Bu gün günorta saatlarında Neftçala rayonunun Tatarməhlə kəndinin çöllük ərazisində qoyun otaran 2 nəfəri ildırım vurub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Şamaxı rayonundan Neftçalaya köç edərək heyvandarlıqla məşğul olan 28 yaşlı Vaqif Azər oğlu Gərayevi və 29 yaşlı Tural Təvəkgül oğlu Abdullayevi ildırım vurub. Hadisə nəticəsində xəsarət alan hər iki şəxs Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra vəziyyəti normallaşan Tural Abdullayev ambulator müalicəyə buraxılsa da, xəstəxanaya qəbul edilən zaman vəziyyəti ağır olan Vaqif Gərayev reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda V.Gərayevin də vəziyyətinin yaxşılaşdığı deyilir.

Emil Məmmədov

Virtualaz.org

Xəbərlər