175
Bu gün 25 avqust — 18:27

Bakıda uşaq bağçasının həyətində yanğın olub

Bakının Suraxanı rayonunda yanğın hadisəsi olub.

Yanğın Qaraçuxur qəsəbəsindəki “Tumurcuq” uşaq bağçasının həyətində baş verib.

Belə ki, bağçanın həyətindəki ağaclardan bəziləri alışıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Onların səyi nəticəsində yanğını nəzarət altına almaq və lokallaşdırmaq mümkün olub.

Oxu.az bildirir ki, hadisə nəticəsində bağçanın binası və ətrafda olan obyektlər zərər görməyib.

Xəbərlər