1004
Bu gün 25 avqust — 22:58

Salyanda elektrik cərəyanı vuran fermerin ölümünün təfərrüatları

Bu gün Salyan rayonunun Seyidlər kəndində fermerin ölümü ilə nəticələnən bədbəxt hadisənin təfərrüatları məlum olub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə 38 yaşlı fermer Fərəc Əzizov təsərrüfatının quşçuluq sexindəki hava təmizləyən qurğuları yumaq məqsədi ilə onların üzərinə elektrik nasosu ilə su vurarkən onu elektrik cərəyanı vurub. Hadisə baş verən zaman onun yanında olan işçiləri fermeri maşına qoyaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da artıq gec olub. Qeyd edək ki, ailənin sonuncu övladı olan Fərəc Əzizov 4 bacının yeganə qardaşı olub. Onun özünün də 4 azyaşlı övladı var idi.

*   *   *15:58

Salyan rayonunun Seyidlər kəndində bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, fermer təsərrüfatının sahibi olan 1981-ci il təvəllüdlü Əzizov Fərəc Əziz oğlunu kənddəki maşın yuma sexində ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər