424
Bu gün 25 avqust — 15:14

İran məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılır

İranın Şərqi Azərbaycan əyalətindəki məktəblərdə 2019-cu ilin sentyabrından Azərbaycan dilinin tədrisinə başlanacaq.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu əyalətin təhsil şöbəsinin müdiri Cəfər Paşai deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türk dillərində dərslər həftədə iki dəfə - tədris ilində cəmi 60 saat keçiləcək.

Azərbaycan dilinin tədrisi təhsil naziri Məhəmməd Bothaninin əmri əsasında tətbiq olunur. Sənədə əsasən, dil ibtidai məktəbin 4-cü sinfində və orta məktəbin 9-cu sinfində öyrədiləcək.

Virtualaz.org

Xəbərlər