157
Bu gün 25 avqust — 11:07

Oğuzda da meşə yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.

Virtualaz.org FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Xəbərlər