174
Bu gün 23 avqust — 17:37

Qəbələdə də meşə yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə rayonun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Virtualaz.org FHN-ə istinadən bildirir ki, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının, Şimal-Qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin bir ədəd helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbərlər