377
Bu gün 23 avqust — 13:58

"Mərdəkan körpüsü"ndən maşın aşdı

Bakıdakı “Mərdəkan körpüsü”ndən avtomobil aşıb.

Səhiyyə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, biri uşaq olmaqla üç nəfər xəsarət alıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər