107
Bu gün 23 avqust — 12:27

Türkiyədə FETÖ-çülərlə bağlı 19 ünvanda axtarış aparıldı

Türkiyənin İzmir şəhər Baş Prokurorluğunun Terrorla mübarizə şöbəsinin əməkdaşları FETÖ terror təşkilatının üzvlərinə aid evlərdə axtarış aparıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 19 müxtəlif ünvanda aparılan axtarışlar zamanı FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinən 14 nəfər saxlanılıb. Onların evlərindən çox sayda saxta şəxsiyyət vəsiqəsi, təşkilatla xəbərləşmək üçün istifadə edilən telefonlar və kompüterlər, külli miqdarda pul, videomateriallar ələ keçirilib.

Saxlanılanlar aidiyyəti qurumlara təhvil veriliblər.

Xəbərlər