457
Bu gün 21 avqust — 22:08

Salyanda iki maşın toqquşdu, sürücülərdən biri xəsarət aldı

Bu gün axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 60-cı km-də “OKA”markalı əlil maşını və “Priora” markalı minik maşını toqquşub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində yüngül xəsarət alan “OKA”nın sürücüsü, 28 yaşlı hərbi əlil, Neftçala rayonunun Qaçaqkənd kənd sakini Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və müayinə edildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər