138
Bu gün 21 avqust — 23:05

İmişlidə üç avtomobil toqquşdu

İmişli rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, üç avtomobil toqquşub. Qəza nəticəsində üç nəfər - 1968-ci il təvəllüdlü Dostməmməd Zöhrab oğlu Əsgərov, 1981-ci il təəvəllüdlü Adəm Tacir oğlu Cabbarov və Eyvaz Təvəkkül oğlu Soltanov xəsarət alıb.

Avtomobillər deformasiyaya uğradığından yaralılar nəqliyyat vasitələrindən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb və İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər